İctimai iaşə
01.10.2015 00:00
2015-ci ilin yanvar-avqust ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artaraq 414,6 milyon manat olmuşdur. Dövriyyənin 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 61,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz artaraq 160,3 milyon manat təşkil etmişdir.