Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
01.10.2015 00:00
2015-ci ilin yanvar-iyul aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 3,2 faiz artaraq 655,5 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-iyul aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 0,8 faiz artaraq 18,8 min nəfər olmuşdur, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 919,1 manat təşkil etmişdir.
Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 0,4 faiz artaraq 704,6 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 1140,0 manat təşkil etmişdir.