Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2010-cu ilin yanvar-oktyabr aylarında nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 min nəfər və ya 3,7 faiz çoxalaraq 58,5 min nəfər təşkil etmişdir. İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 411,7 manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,9 manat çox olmuşdur. Rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 53,4 faiz artaraq 15,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz azalaraq 652,9 manat olmuşdur. Cari ilin yanvar-oktyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 437,9 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 926,8 manat təşkil etmişdir.