Pullu xidmətlər haqqında
05.11.2015 00:00
2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 6,3 faiz artaraq 3161074,8 min manat olmuşdur. Xidmətlərin 64,2 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2030687,6 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 2581584,7 min manat olmuşdur.