Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
05.11.2015 00:00
2015-ci ilin yanvar-avqust aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 50,3 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 4,1 faiz artaraq 656,9 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-avqust aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 915,7 manat təşkil etmişdir.
Cari ilin yanvar-avqust aylarında rabitənin dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 697,6 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 1140,7 manat təşkil etmişdir və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.