Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2010-cu ilin yanvar-dekabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 6815,8 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 9,6 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,1 faizi hüquqi şəxslər, 81,9 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 1234,3 milyon manatlığını hüquqi şəxslərdən, 5581,5 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 2,2 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 11,3 faiz artmışdır. Əhaliyə satılmış malların 4327,3 milyon manatını ərzaq, 2488,5 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 63,5 və 36,5 faiz təşkil etmişdir. 2010-cu ilin yanvar-dekabr aylarında əhaliyə 3118,1 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 10,1 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 61,5 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1916,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 12,4 faiz çox xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 6,6 faiz artaraq 1201,2 milyon manata çatmışdır.