Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2015-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz artaraq 10885,8 milyon manat olmuşdur. TIcarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 4903,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 20,9 faiz artaraq 5982,3 milyon manata çatmışdır. İstehlak məhsullarının 14,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 37,8 faizi isə paytaxtın bazarlarında satılmışdır. Cari ilin yanvar-oktyabr aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 39,4 faiz artaraq 7049,7 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 80,8 faizi hüquqi şəxslərdən, 19,2 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.