Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2015-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 11921,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artaraq 5368,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 17,9 faiz artaraq 6553,4 milyon manata çatmışdır. İstehlak məhsullarının 14,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 37,7 faizi isə paytaxtın bazarlarında satılmışdır. Cari ilin yanvar-noyabr aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 36,2 faiz artaraq 7737,6 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 79,7 faizi hüquqi şəxslərdən, 20,3 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.