Sənayenin inkişafı haqqında
25.01.2011 00:00
2010-cu ilin yanvar-dekabr aylarında Bakı şəhərinin sənaye subyektləri tərəfindən 24,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Ãœmumi istehsalın 93,5 faizi sənaye mallarının istehsalı, 6,5 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 20,3 milyard manatlıq və ya ümumi istehsalın 82,0 faizi, dövlət müəssisələri tərəfindən isə 4,4 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-dekabr aylarında istehlakçılara 24,8 milyard manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 149,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Bundan başqa həmin tarixə anbarlarda sənaye müəssisələri tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş 11,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.