Pullu xidmətlər haqqında
24.12.2015 00:00
2015-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,2 faiz artaraq 3944583,4 min manat olmuşdur. Xidmətlərin 62,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2470837,0 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 1473746,4 min manat olmuşdur.