Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin yanvar-oktyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 50,9 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 5,5 faiz artaraq 662,7 manat təşkil etmişdir. 2015-ci ilin yanvar-oktyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 912,1 manat təşkil etmişdir. Cari ilin yanvar-oktyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 691,5 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki il ilə müqayisədə 1,3 faiz artaraq 1139,5 manat təşkil etmişdir.