Sənayenin inkişafı haqqında
03.02.2016 00:00
2015-ci ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş məhsulların həcmi 2,3 faiz artaraq 21,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,7 faizi mədənçıxarma, 20,4 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Ümumi istehsalın 83,1 faizi sənaye məhsulunun istehsalı, 16,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 16615,4 milyon manatlıq və ya ümumi istehsalın 76,8 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5018,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilmiş, bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2016-cı il vəziyyətinə 213,4 milyon manatlıq hazır məhsul ehtiyatları olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 16,7 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.