Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 14,7 faiz artaraq 14093,1 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki illə müqayisədə 19,2 faiz artaraq 6741,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 11,9 faiz artaraq 7351,8 milyon manata çatmışdır. İstehlak məhsullarının 12,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 53,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 34,1 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Hesabat ilində pərakəndə elektron ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 24,4 faiz artaraq 7987,4 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 64,8 faizi hüquqi şəxslərdən, 35,2 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.