Tikintinin əsas göstəriciləri
01.03.2016 00:00
2016-cı ilin yanvar ayında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları istifadəyə verilmişdir.
2016-cı ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 847,2 milyon manat vəsait məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 13,1 faizi dövlət, 86,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 25,7 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 629,4 milyon manat vəsait yönəldilmişdir.
2016-cı ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 9,2 faizini əsaslı təmir, 1,3 faizini cari təmir, 21,3 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 83,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.