Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar ayı ilə müqayisədə 5,0 faiz artaraq 1186,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz artaraq 540,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,7 faiz azalaraq 645,7 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 16,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 57,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar ayında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 682,8 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,4 faizi hüquqi şəxslərdən, 1,6 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.