Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin dekabr ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,3 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 6,7 faiz artaraq 672,8 manat təşkil etmişdir. 2015-ci ilin dekabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artaraq 912,7 manat təşkil etmişdir. Keçən ilin dekabr ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 695,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 2,5 faiz artaraq 1137,9 manat təşkil etmişdir.