Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2016-cı ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 0,1 faiz azalaraq 3515,5 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 77,9 faiz olmuşdur. Ümumi istehsalın 81,3 faizi sənaye məhsulunun istehsalı, 18,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2016-cı il vəziyyətinə 223,2 milyon manatlıq hazır məhsul olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,9 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.