Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2016-cı ilin yanvar-fevral aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları istifadəyə verilmişdir. 2016-cı ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1726,1 milyon manat vəsait məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 12,9 faizi dövlət, 87,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 28,1 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 1241,1 milyon manat vəsait yönəldilmişdir. 2016-cı ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 76,2 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 5,7 faizini əsaslı təmir, 1,0 faizini cari təmir, 17,1 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.