Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,7 faiz artaraq 2268,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,0 faiz artaraq 1024,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,6 faiz azalaraq 1243,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 14,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 57,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 28,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-fevral aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 1580,6 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 79,1 faizi hüquqi şəxslərdən, 20,9 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.