Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2016-cı ilin yanvar ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 11,1 faiz artaraq 707,4 manat təşkil etmişdir. 2016-cı ilin yanvar ayında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 953,6 manat təşkil etmişdir. Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 658,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 13,7 faiz artaraq 1265,7 manat təşkil etmişdir.