Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,1 faiz artaraq 3736,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 1636,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,6 faiz artaraq 2100,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 10,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-mart aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 2858,0 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 80,4 faizi hüquqi şəxslərdən, 19,6 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.