Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
06.05.2016 00:00
2016-cı ilin fevral ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,9 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 11,7 faiz artaraq 695,7 manat təşkil etmişdir.
2016-cı ilin fevral ayında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artaraq 925,9 manat təşkil etmişdir.
Cari ilin fevral ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 669,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 9,7 faiz artaraq 1195,7 manat təşkil etmişdir.