Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2016-cı ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 0,5 faiz azalaraq 7834,0 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 18,8 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olmuşdur. Ümumi istehsalın 82,0 faizi sənaye məhsulunun istehsalı, 18,0 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2016-cı il vəziyyətinə 224,2 milyon manatlıq hazır məhsul olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 15,4 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.