Tikintinin əsas göstəriciləri
31.05.2016 00:00
2016-cı ilin yanvar-aprel aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə verilmişdir.
2016-cı ilin yanvar-aprel aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4010,5 milyon manat məbləğində vəsait, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 17,8 faizi dövlət, 82,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 68,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 27,7 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 2897,9 milyon manat vəsait yönəldilmişdir.
2016-cı ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 76,1 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 4,5 faizini əsaslı təmir, 1,3 faizini cari təmir, 18,1 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.