Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2,9 faiz artaraq 4808,1 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 2029,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,7 faiz artaraq 2778,7 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 13,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-aprel aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 3747,0 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 83,6 faizi hüquqi şəxslərdən, 16,4 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.