Pullu xidmətlər haqqında
31.05.2016 00:00
2016-cı ilin yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,3 faiz artaraq 1505375,6 min manat olmuşdur. Xidmətlərin 52,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 782779,9 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 722595,7 min manat olmuşdur.