İctimai iaşə
29.06.2016 00:00
2016-cı ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 284,0 milyon manat olmuşdur. Dövriyyənin 37,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 62,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,2 faiz artaraq 105,8 milyon manat təşkil etmişdir.