Ödənişli xidmətlər haqqında
10.08.2016 00:00
2016-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artaraq 2087136,2 min manat olmuşdur. Xidmətlərin 58,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1223848,3 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 863287,9 min manat olmuşdur.