Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
10.08.2016 00:00
2016-cı ilin yanvar-may aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 14,5 faiz artaraq 736,3 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-may aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 950,0 manat təşkil etmişdir.
Cari ilin yanvar-may ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 688,7 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 1235,6 manat təşkil etmişdir.