Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin yanvar ayında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 2,2 milyard manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 92,5 faizi sənaye mallarının istehsalı, 7,5 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 1,8 milyard manatlıq və ya ümumi istehsalın 81,8 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 406,7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar ayında istehlakçılara 2209,2 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il fevral ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 158,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,7 milyon manat məbləğində digər mallar da olmuşdur.