Məhsul bazarı haqqında
29.08.2016 00:00
2016-cı ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,0 faiz artaraq 8693,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3806,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,5 faiz artaraq 4887,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 14,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin yanvar-iyul aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 6689,6 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 85,9 faizi hüquqi şəxslərdən, 14,1 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.