Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2016-cı ilin yanvar-iyun aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 15,3 faiz artaraq 742,1 manat təşkil etmişdir. 2016-cı ilin yanvar-iyun aylarında müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 948,4 manat təşkil etmişdir. Cari ilin yanvar-iyun aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 695,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 7,5 faiz artaraq 1223,5 manat təşkil etmişdir.