Pullu xidmətlər haqqında
03.10.2016 00:00
Pullu xidmətlər haqqında
2016-cı ilin yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 1,6 faiz artaraq 2832773,9 min manat olmuşdur. Xidmətlərin 59,5 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1686656,3 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 1146117,5 min manat olmuşdur.