Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2016-cı ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə verilmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9401,9 milyon manat məbləğində vəsait, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 34,3 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 6177,7 milyon manat vəsait yönəldilmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 74,0 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,2 faizini əsaslı təmir, 3,2 faizini cari təmir, 17,6 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 87,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.