Ictimai iaşə
02.11.2016 00:00
2016-cı ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artaraq 545,3 milyon manat olmuşdur. Dövriyyənin 41,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,7 faiz artaraq 226,0 milyon manat təşkil etmişdir.