Ödənişli xidmətlər haqqında
02.11.2016 00:00
2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsinin 99,5 faizini təşkil edərək 3307750,4 min manat olmuşdur. Xidmətlərin 59,2 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1958568,2 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 1349182,2 min manat olmuşdur.