Ictimai iaşə
30.11.2016 00:00
2016-cı ilin yanvar-oktyabr ayları ərzində ictimai iaşə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,1 faiz artaraq 627,2 milyon manat olmuşdur. Dövriyyənin 40,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2015-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 18,4 faiz artaraq 252,4 milyon manat təşkil etmişdir.