Ödənişli xidmətlər haqqında
30.11.2016 00:00
2016-cı ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsinin 99,8 faizini təşkil edərək 3695669,4 min manat olmuşdur. Xidmətlərin 58,8 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2171578,1 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 1524091,3 min manat olmuşdur.