Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
30.11.2016 00:00
2016-cı ilin yanvar-sentyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,6 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 14,0 faiz artaraq 753,7 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93,7 faiz təşkil etmişdir, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 966,5 manat təşkil etmişdir.
Cari ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 704,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki il ilə müqayisədə 9,8 faiz artaraq 1250,5 manat təşkil etmişdir.