Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2016-cı ilin yanvar-oktyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,5 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,9 faiz artaraq 754,6 manat təşkil etmişdir. 2016-cı ilin yanvar-oktyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93,7 faiz təşkil etmişdir, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 968,9 manat təşkil etmişdir. Cari ilin yanvar-oktyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 706,4 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki il ilə müqayisədə 10,0 faiz artaraq 1253,9 manat təşkil etmişdir.