Əmək haqqı
27.12.2016 00:00
2016-cı ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 11,6 faiz artaraq 733,5 manat olmuşdur.
Ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.