Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,7 faiz artaraq 16585,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 7960,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5 faiz artaraq 8625,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 16,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin əvvəlindən elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,9 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 22,0 faiz çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 86,6 faizi hüquqi şəxslərdən, 13,4 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.