Ödənişli xidmətlər haqqında
02.02.2017 00:00
2016-cı ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsinin 97,6 faizini təşkil edərək 4918780,0 min manat olmuşdur. Xidmətlərin 53,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2652127,2 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 2266652,8 min manat olmuşdur.