Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2011-ci ilin yanvar-fevral aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 1218,4 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 8,5 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,5 faizi hüquqi şəxslər, 81,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 225,6 milyon manatlığını hüquqi şəxslərdən, 992,8 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 30,2 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 4,6 faiz artmışdır. Əhaliyə satılmış malların 629,8 milyon manatını ərzaq, 588,6 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 51,7 və 48,3 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-fevral aylarında əhaliyə 475,2 milyon manatlıq və ya 2010-cu ilin müvafiq dövrünün səviyyəsindən 13,6 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 55,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 265,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 9,9 faiz çox xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 18,7 faiz artaraq 209,6 milyon manata çatmışdır.