Tikintinin əsas göstəriciləri
28.02.2017 00:00
2017-ci ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 920,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 18,0 faizi dövlət, 82,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 28,9 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 654,1 milyon manat vəsait yönəldilmişdir.
2017-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,0 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 23,0 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 91,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.