Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2017-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,8 faiz azalaraq 5,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 84,8 faizi mədənçıxarma, 12,6 faizi emal, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 82,6 faiz olmuşdur. Ümumi istehsalın 85,0 faizi sənaye məhsulunun istehsalı, 15,0 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2017-ci il vəziyyətinə 410,4 milyon manatlıq hazır məhsul olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 16,8 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.