Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2017-ci ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2026,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz çox vəsait yönəldilmişdir. Ümumi sərmayənin 25,7 faizi dövlət, 74,3 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 68,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 30,6 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 1405,7 milyon manat vəsait yönəldilmişdir. 2017-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,2 faizini əsaslı təmir, 3,8 faizini cari təmir, 20,8 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.