Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2017-ci ilin yanvar-fevral ayarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 113,2 milyon manat olmuşdur. Dövriyyənin 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 48,4 milyon manat təşkil etmişdir.