Ödənişli xidmətlər haqqında
03.04.2017 00:00
2017-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 98,8 faiz təşkil edərək 767110,4 min manat olmuşdur. Xidmətlərin 59,5 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 456084,7 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 311025,7 min manat olmuşdur.