Tikintinin əsas göstəriciləri
08.05.2017 00:00
2017-ci ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3003,0 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 25,8 faizi dövlət, 74,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 29,9 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 2104,1 milyon manat vəsait yönəldilmişdir.
2017-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 4,7 faizini əsaslı təmir, 4,0 faizini cari təmir, 21,4 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 89,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.